şənbə 9 avqust 2025 - 16:50
Mərakeşin səhiyyə və tibbi xidmət sahəsinin sektoru Qəzzaya dəstək məqsədilə aclıq aksiyası keçirdi.

Hövzə/ Mərakeşin tibb sahəsi, həkimlər cəmiyyəti və səhiyyə işçiləri Qəzzadakı həmkarlarına, həmçinin müharibədə həyatını itirən uşaqlara və dinc sakinlərə dəstək və həmrəylik məqsədilə aclıq aksiyası keçirmək qərarına gəliblər.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, bu etiraz və aclıq aksiyası, İsrailin hücumlarına məruz qalan fələstinlilərə dəstək göstərmək və Qəzzadakı vəziyyətin daha da böhranlı hal almasına etiraz etmək məqsədilə, qeyri-hökumət təşkilatlarının çağırışı əsasında həyata keçirilmişdir.

Bu genişmiqyaslı təşəbbüsün koordinasiya qrupunu bir sıra həkimlər təşkil etmişdir. Onların irəli sürdükləri əsas tələblərdən biri Qəzzada həyata keçirilən sistematik aclıq siyasətinin dayandırılması və orada aparılan soyqırımın qarşısının alınmasıdır.

Aclıq aksiyası, xüsusən də Mərakeşin səhiyyə işçilərinin, İsrailin Qəzzada yaratdığı fövqəladə dərəcədə kritik vəziyyətlə bağlı artan narahatlıqlarını ifadə etmək məqsədini daşıyır.

Qəzzadakı bir çox xəstəxana və klinikalar sionist rejimin amansız bombardmanları nəticəsində məhv edilmiş, bu isə tibbi və müalicə xidmətlərinin göstərilməsini qeyri-mümkün hala gətirmişdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qəzzadakı xəstəxanaların ən azı 94 faizi fəaliyyətini itirmişdir.

Mərakeşli həkimlərin bu addımı, dünya miqyasında Qəzzanın məzlum əhalisinə dəstək məqsədilə həyata keçirilmiş çoxsaylı ictimai təşəbbüslərdən biridir.

Mənbə: Morocco World News

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha